BAKI, 9 noyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının “Zəfər Turu”nun növbəti oyununda “Kəpəz” və “Qəbələ” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən görüşdə Masazır təmsilçisi qələbə qazanıb - 3:1.

“Sabah”dan Velko Şimiç (23), Coy-Lens Mikels (28) və İqor Noqeyra (54), “Kəpəz”dən Olavale Onanuqa (45+2) fərqlənib.

Bununla da “Sabah” xallarının sayını 21-ə çatdıraraq 2-ci pilləyə yüksəlib. “Kəpəz” 3 xalla sonuncudur.

Qeyd edək ki, tura “Qarabağ” - “Neftçi” derbisi ilə yekun vurulacaq. Matç saat 18:44-də start götürəcək.