BAKI, 19 oktyabr. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulacaq.

Teleqraf xəbər verir ki, günün ilk oyunu “Sabah” və “Zirə” komandaları arasında keçiriləcək.

“Bank Respublika Arena”da təşkil olunacaq görüşü Cavid Cəlilov idarə edəcək. Matç saat 16:00-da start götürəcək.

Turun son oyunu isə “Palms Sports Arena”da “Neftçi” və “Araz-Naxçıvan” arasında baş tutacaq.

Baş hakim Fərid Hacıyevə həvalə olunan qarşılaşma saat 18:30-da başlanacaq.

Qeyd edək ki, turun digər oyunlarında “Sumqayıt” evdə “Karvan-Yevlax”ı, “Kəpəz” səfərdə “Şamaxı”nı 4:1, “Qarabağ” isə “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edib. “İmişli” “Qəbələ” ilə bərabərə qalıb - 2:2.