BAKI, 17 oktyabr. TELEQRAF
Türkiyənin “Fənərbağça” klubunun azarkeşi qrupu olan "Gənc Fənərbağçalılar"ın lideri Cem Gölbaşı həbs olunub.
Teleqraf xəbər verir ki, o, hədə-qorxu ilə girov saxladığı şəxsə parik geyindirərək video çəkdirdiyi iddiası ilə məhkəmə tərəfindən cəzalandırılıb.
İstanbulun Bağcılar rayonunda baş verən hadisə ilə bağlı görüntülər 2024-cü ilin noyabr ayında sosial mediada yayılmışdı. Görüntülərdə parik taxılmış bir gəncə zorla "Cem Gölbaşı abimə (böyüyümə) etdiyim səhvlərə görə üzr istəyirəm" dedirdiyi eşidilirdi.
Məhkəmənin qərarına əsasən, Gölbaşı 6 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.