BAKI, 5 oktyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının VII turunun növbəti oyununda “Karvan-Yevlax”la “Sabah” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Şamaxı şəhər stadionunda təşkil olunan görüşdə Masazır təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
Baş hakim Tural Qurbanovun idarə etdiyi matçda qolları Coy-Lens Mikelslə (31-ci dəqiqədə penaltidən) Kahim Parris (37) vurub.
Bununla da “Sabah” xallarının sayını 11-ə çatdıraraq 6-cı pilləyə yüksəlib, “Karvan-Yevlax” 5 xalla 10-cudur.
Qeyd edək ki, turun son oyununda “Qəbələ” “Şamaxı”nı qəbul edəcək. Görüş saat 17:30-da start götürəcək.