BAKI, 4 oktyabr. TELEQRAF
Portuqaliya təmsilçisi “Benfika”nın baş məşqçisi Joze Mourinyo virus infeksiyasına yoluxub.
Teleqraf “A Bola” nəşrinə istinadən xəbər ki, məşqçi heyətinin üzvləri və bir neçə futbolçu da eyni simptondan əziyyət çəkir.
UEFA Çempionlar Liqasının “Çelsi” ilə keçirilən (0:1) görüşündən əvvəl Mourinyo temperaturunun yüksəldiyini və qrip əlamətlərinin olduğunu bildirmişdi.
Bu gün oktyabrın 5-də keçirilməsi planlaşdırılan “Portu”ya qarşı oyunun taleyi müəyyənləşəcək. Matçın təxirə salınması istisna deyil.
Portuqaliya çempionatının reqlamentinə əsasən, komandada ən azı 13 futbolçu, o cümlədən bir qapıçı meydana çıxa bilmədiyi halda matç təxirə salına bilər. Bunun üçün futbolçuların iştirak edə bilməməsi faktı səhiyyə orqanları tərəfindən təsdiqlənməlidir.
Qeyd edək ki, Joze Maurinyo ötən aydan “Benfika”nın “sükanı arxası”na keçib.