BAKI, 29 sentyabr. TELEQRAF

"Real Madrid"in futbolçularını Qazaxıstanda fitə basıblar.

Teleqraf xəbər verir ki, "Real Madrid"in futbolçularını qarşılamaq üçün Almatıdakı otelin qarşısında toplaşan qazaxıstanlı azarkeşlər onların davranışından narazı qalıblar.

Futbolçular azarkeşlərin alqışlarına məhəl qoymayıb. Qəzəblənən "Real Madrid" azarkeşləri onları fitə basıb, sosial şəbəkələrdə narazılıqlarını ifadə ediblər.

Sentyabrın 30-da "Kayrat" və "Real Madrid" komandaları qarşılaşacaq. Komandalar meydana Bakı vaxtı ilə saat 20:45-də çıxacaqlar.

Çempionlar Liqasının ümumi mərhələsinin ilk turunda “Kayrat” səfərdə Lissabon “Sportinq”inə uduzub (1:4), “Real” isə öz meydanında Fransanın “Marsel”inə qalib gəlib (2:1).