BAKI, 27 sentyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının VI turunun növbəti oyun günündə “Neftçi” və “Karvan-Yevlax” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, “Palms İdman Arenası”nda baş tutan qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.
Bu nəticədən sonra Samir Abasovun komandası 7 xalla turnir cədvəlinin 8-ci, Azər Həşimovun kollektivi isə 5 xalla 10-cu pilləsinə yüksəlib.
Qeyd edək ki, turun bu güm baş tutan digər qarşılaşmasında “Şamaxı” “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə edib. Digər oyunlarda "Zirə" səfərdə "İmişli" ilə 1:1 hesablı heç-heçə edib, “Qarabağ" isə evdə "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib.