BAKI, 26 sentyabr. TELEQRAF
“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatanının səsverməsinin nəticələri məlum olub.
Teleqraf xəbər verir ki, mükafatın qalibi olan Fransanın PSJ klubunun futbolçusu Usman Dembele 1380 xal toplayıb.
İkinci olan İspaniya təmsilçisi “Barselona”nın gənc oyunçusu Lamin Yamal 1059, Dembelenin komanda yoldaşı, üçüncü pilləni tutan Vitinya isə 703 xal yığa bilib.
Qeyd edək ki, "Qızıl top" mükafatı fərdi çıxışlar, komanda nailiyyətləri və ədalətli oyun əsasında ən yaxşı futbolçuya verilir. Münsiflər heyəti FIFA-nın kişilər üzrə reytinqində ilk 100 ölkədən olan ixtisaslaşmış jurnalistlərdən ibarətdir. Hər bir münsif üzvü 30 namizəd arasından xallara görə azalan sıra ilə 10 oyunçu seçir.
Bir neçə namizəd arasında bərabərlik olarsa, ən çox birinci yeri tutan qalib gəlir.