BAKI, 26 sentyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının VI turunun ilk oyun günündə “Qarabağ” və “Qəbələ” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, “Azersun Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Baş hakim Rauf Cabarovun idarə etdiyi oyunun 3-cü dəqiqəsində “qırmızı-qaralar”ın futbolçusu Prins Ovusu qırmızı vərəqə ilə meydandan qovulub. Matçın 16-cı dəqiqəsində isə “köhlən atlar”ın kapitanı Abdullah Zubir fərqlənərək komandasının ilk qolunun müəllifi olub. Musa Qurbanlı isə 90+2-ci dəqiqədə ikinci qolu vurub.
Bu nəticədən sonra Qurban Qurbanovun kollektivi 10 xalla turnir cədvəlinin 3-cü pilləsinə yeksəlib. “Qırmızı-qaralar” isə 4 xalla 10-cu yerdədir.
Qeyd edək ki, günün digər oyununda “İmişli” doğma meydanda “Zirə” ilə 1:1 hesablı heç-heçə edib. Turun növbəti görüşləri 27-28 sentyabr tarixlərində keçiriləcək.