BAKI, 26 sentyabr. TELEQRAF
"Sabah"ın futbolçusu Zinəddin Uld Xaled əməliyyat olunub.
Teleqraf xəbər verir ki, fransalı yarımmüdafiəçi ayağın beşinci daraq sümüyünün Jones tip 2 qırığı əməliyyatı keçirib.
Bakıdakı klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb. Həkimlərin ilkin rəyinə görə, Xaled təxminən 6 həftə sonra məşqlərə qayıda biləcək.