BAKI, 26 sentyabr. TEIEQRAF
Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu üçün indiyədək satılan biletlırin sayı açıqlanıb.
Teleqraf Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27500 bilet satılıb.
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.