BAKI, 23 sentyabr. TELEQRAF

Braziliyanın "Santos" klubunun futbolçusu Neymar “Barselona”nın futbolçusu Rafinyanın “Qızıl top” səsverməsində tutduğu mövqeyi kəskin tənqid edib.

Teleqraf xəbər verir ki, 33 yaşlı hücumçu bu barədə braziliyalı şərhçi Eduardo Semblanonun “Qızıl top” nəticələri ilə bağlı paylaşımının şərh bölməsində yazıb.

O, Rafinyanın 5-ci yerdə olmasını çox alçaldıcı adlandırıb.

Xatırladaq ki, 100 ölkədən olan jurnalistlərin səsverməsi nəticəsində PSJ-nin oyunçusu Usman Dembele qalib olub. 2-ci yeri “Barselona”nın gənc hücumçusu Lamin Yamal, 3-cü yeri PSJ-nin futbolçusu Vitinya, 4-cü yeri isə “Liverpul”un üzvü Məhəmməd Salah tutub.

Rafinya 2024/25 mövsümündə “Barselona”nın heyətində 57 matça çıxıb, 34 qol vurub və 25 məhsuldar ötürmə edib.