BAKI, 24 iyun. TELEQRAF
Xankəndidə baş verən yol-nəqliyyat hadisəsi zamanı Qarabağ Universitetinin tələbəsi xəsarət alıb.
Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, hadisə şəhərin mərkəzi meydanında qeydə alınıb. Hərəkətdə olan "Lada Priora" markalı avtomobil motosiklet idarə edən Səid Allahverdiyevlə toqquşub.
Nəticədə Səid Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Məlumata görə, S.Allahverdiyev Qarabağ Universitetinin Menecment ixtisasının II kurs tələbəsidir. Tədris ili başa çatsa da, o, yay tətili dövründə Xankəndidə qalaraq kuryer kimi fəaliyyət göstərirmiş.
Faktla bağlı araşdırma aparılır.