BAKI, 21 sentyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının V turunun son oyun günündə “Araz-Naxçıvan” və “Qarabağ” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, “Liv Bona Dea Arena”da baş tutan qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb – 5:0.

“Qarabağ”ın heyətində 4-cü, 28-ci (pen.) və 65-ci (pen.) dəqiqələrdə Toral Bayramov het-trikə imza atıb. Digər qolları isə 52-ci dəqiqədə Musa Qurbanlı və 85-ci dəqiqədə Kris Kuaku vurublar.

Bu qələbədən sonra Qurban Qurbanovun komandası 7 xalla turnir cədvəlində 5-ci pilləyə yüksəlib. Elmar Baxşıyevin kollektivi isə 10 xalla üçüncü sırada qərarlaşıb.

Qeyd edək ki, turun son oyunu “Sumqayıt” – “Neftçi” qarşılaşması olacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matç saat 19:30-da start götürəcək.