BAKI, 24 iyun. TELEQRAF
Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Ziya Öztürkler Azərbaycana işgüzar səfərə gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisdən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Ziya Öztürkler Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.