BAKI, 12 sentyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının I turundan komandaların avrokubok oyunlarına görə təxirə salınmış “Sabah” – “Qarabağ” matçının keçiriləcəyi tarix bəlli olub.

Teleqraf xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Görüş 18 dekabr tarixində baş tutacaq.