BAKI, 2 sentyabr. TELEQRAF

Niderlandlı mütəxəssis Erik Ten Haqın Almaniya təmsilçisi "Bayer"dən aldığı təzminatın məbləği bəlli olub.

Teleqraf "Sport Bild" nəşrinə istinadən xəbər verir ki, Bundesliqa klubu müqaviləni pozduğuna görə 55 yaşlı mütəxəssisə 5 milyon avro ödəməli olacaq.

O, Almaniya klubunda 2 aylıq işinə görə təxminən 6 milyon avro qazanıb.

Qeyd edək ki, niderlandlı mütəxəssis iyulun 1-də “Bayer”lə müqavilə bağlamışdı. Alman klubu II turundan sonra baş məşqçi Erik Ten Haqla yollarını ayırıb.