BAKI, 8 noyabr. TELEQRAF

İranın icazə vermədiyi marşrut üzrə hərəkət etməyə çalışan iki tanker Hörmüz boğazında minaya düşərək yanıb.

Teleqraf xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

"Bir neçə dəqiqə əvvəl iki gəmi minaya düşərək yanıb. Onlar qaydaları pozublar - biri Hörmüz boğazının şərqində, digəri isə boğazın özündə. Onlar icazə verilməyən marşrut üzrə keçmək niyyətində olublar", - deyə SEPAH açıqlayıb.

Məlumata görə, gəmilər boğazdan qadağan olunmuş marşrutla çıxmağa çalışarkən naviqasiya və identifikasiya sistemlərini söndürüblər.