BAKI, 1 sentyabr. TELEQRAF
Argentinanın Azərbaycandakı səfirliyinin nümayəndəsi, konsul Leandro Daniel Verteramo “İmişli”nin oyunu canlı izləyib.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, nümayəndə Azərbaycan Premyer Liqasının III turunda keçirilən "Sabah" - "İmişli" matçı üçün stadiona gəlib.
Qeyd edək ki, matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.