BAKI, 31 avqust. TELEQRAF

Azərbaycan Premyer Liqasında IV turun "Neftçi" - "Sabah" oyununun başlama saatı açıqlanıb.
Teleqraf Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Palms Sport Arena"da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

12 sentyabr

17:45. "Kəpəz" – "Araz-Naxçıvan"

Qəbələ şəhər stadionu

20:00. "Qarabağ" – "Zirə"

"Azersun Arena"

13 sentyabr

16:30. "İmişli" – "Sumqayıt"

Quba OİK stadionu

19:00. "Turan Tovuz" – "Qəbələ"

"Azersun Arena"

14 sentyabr

16:30. "Şamaxı" – "Karvan-Yevlax"

Şamaxı şəhər stadionu

19:00. "Neftçi" – "Sabah"

"Neftçi Arena"

Qeyd edək ki, Quba OİK stadionunda təftiş nəticəsində meydana çıxan çatışmazlıqların aradan qaldırılması yönündə "İmişli" klubu tərəfindən işlər davam etdirilir. Peşəkar Futbol Liqası aparılan işləri nəzarətdə saxlayır. Yekun təftişdən sonra "İmişli" – "Sumqayıt" oyununun məkanında dəyişiklik ediləcəyi halda, ictimaiyyətə məlumat veriləcək.