BAKI, 28 avqust. TELEQRAF

UEFA Çempionlar Liqasında (ÇL) əsas mərhələyə adlayan son 4 komanda müəyyənləşib.

Teleqraf xəbər verir ki, pley-off-un cavab görüşləri çərçivəsində Türkiyənin "Fənərbağça" klubu "Benfika"nın qonağı olub. Sabiq “Qalatasaray”lı Kərəm Aktürkoğlunun 35-ci dəqiqədə vurduğu yeganə qol “Fənərbağça”nı ÇL-dən kənarda qoyub. “Sarı-lacivərdlilər” mübarizəni Avropa Liqasının əsas mərhələsində davam etdirəcək.

Qeyd edək ki, Azərbaycan təmsilçisi "Qarabağ" Bakıda "Ferentsvaroş"a uduzsa da, iki görüşün nəticəsinə görə ÇL-in əsas mərhələsinə vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları

27 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan) – 2:3

İlk oyun - 3:1

23:00. "Kopenhagen" (Danimarka) - "Bazel" (İsveçrə) – 2:0

İlk oyun - 1:1

23:00. "Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə) – 1:0

İlk oyun - 0:0

23:00. "Brügge" (Belçika) - "Reyncers" (Şotlandiya) – 6:0

İlk oyun - 3:1