BAKI, 21 avqust. TELEQRAF
AFFA baş katibinin müavini Elçin Məmmədov və Hakimlər Komitəsinin rəhbəri Frank De Bleker UEFA tərəfindən növbəti təyinat alıblar.
Teleqraf xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirilən “Fənərbağça” (Türkiyə) – “Benfika” (Portuqaliya) oyununda matçın direktoru Elçin Məmmədov, hakim-inspektoru isə Frank De Bleker olub.

Qeyd edək ki, görüş 0:0 hesablı heç-heçə ilə bitib. Komandalar arasında cavab oyunu avqustun 27-də Portuqaliyada təşkil olunacaq.