BAKI, 20 avqust

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin daha dörd oyunu baş tutacaq.

Teleqraf xəbər verir ki, günün maraqla gözlənilən matçlarından biri Türkiyədə "Fənərbağça" və Portuqaliya "Benfika" arasında keçiriləcək.

"Şükrü Saracoğlu" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

20 avqust

23:00 "Fənərbağça" (Türkiyə) - "Benfika" (Portuqaliya)

23:00 "Bazel" (İsveçrə) - "Kopenhagen" (Danimarka)

23:00 "Seltik" (Şotlandiya) - "Kayrat" (Qazaxıstan)

23:00 "Budo/Qlimt" (Norveç) - "Şturm" (Avstriya)

Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları 26-27 avqustda baş tutacaq.