BAKI. 18 avqust. TELEQRAF

Braziliyanın "Santos" klubu baş məşqçi Kleber Xavyerlə yollarını ayırıb.

Teleqraf-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu, Braziliya çempionatında XX turun "Vasku da Qama"ya 0:6 hesablı məğlubiyyətlə bitən oyunundan sonra baş verib.

Klub ona xidmətləri qarşılığında təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Xavyer bu posta aprelin 29-da təyin olunmuşdu.

Qeyd edək ki, məşhur futbolçu Neymar qış transfer dönəmində "Santos"a keçib.