BAKI, 24 aprel. TELEQRAF
Qış aylarında Azərbaycanın Avropa İttifaqına qaz ixracı illik müqayisədə 0,5% (yaxud 50 milyon kubmetr) artıb.
Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin hesabatında qeyd edilib.
Bildirilib ki, Rusiyanın boru kəmərləri ilə Avropa İttifaqına qaz tədarükü isə 2025-2026 istilik mövsümündə illik müqayisədə 20%-dən çox (yaxud 2,5 milyard kubmetr) azalıb. Azalma ən çox 2025-ci ilin dördüncü rübündə müşahidə olunub və bu, Ukrayna üzərindən qaz tranzitinin dayandırılmasının təsiri ilə bağlıdır.
Oktyabr–fevral aylarında Rusiyanın Türkiyəyə qaz ixracı illik müqayisədə 30% (yaxud 3,7 milyard kubmetr) azalıb.
Ötən istilik mövsümündə Avropanın qaz tələbatında Rusiyanın boru kəməri qazının payı təxminən 7%-ə düşüb. Əvvəlki qış mövsümündə bu göstərici 8,5% olub.