BAKI, 12 avqust. TELEQRAF
Azərbaycan yığmasının futbolçusu Cəlal Hüseynovun heyətində yer aldığı “Arda” klubu Bolqarıstan çempionatında növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, azərbaycanlı futbolçunun komandası öz meydanında “Lokomotiv”lə (Plovdiv) qarşılaşıb. Matçda hesab açılmayıb.
C.Hüseynov 90 dəqiqə meydanda olub. “Arda” 4 turdan sonra 5 xalla 8-ci pillədə qərarlaşıb.