BAKI, 24 aprel. TELEQRAF

Məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.

Teleqraf xəbər verir ki, məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsinin nəticələri açıqlanaraq namizədlərin şəxsi səhifələrinə göndərilib.

30 aprel tarixindən etibarən test imtahanı mərhələsindən uğurlu keçmiş namizədlər üçün müsahibə mərhələsinə başlanılması nəzərdə tutulur.

Müsahibələr müvafiq regional təhsil idarələri tərəfindən keçiriləcək, müsahibənin tarixi və məkan ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifəsinə göndəriləcək.