BAKI, 24 aprel. TELEQRAF

“ABŞ İrana qarşı blokadanı lazım bildiyi müddətə qədər davam etdirəcək”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset deyib.

“Kifayət qədər vaxtımız var. Nə qədər lazımdırsa, o qədər blokadanı davam etdirəcəyik. İran ağıllı seçim edib danışıqlar masasına qayıda bilər”, - o qeyd edib.

Pit Heqset əlavə edib ki, ABŞ dənizdə mina yerləşdirən gəmilərə tərəddüd etmədən zərbə endirəcək.