BAKI, 24 aprel. TELEQRAF
Nazirlər Kabineti əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydalarında dəyişiklik edib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Nazirlər Kabinetinin 2021-ci il 28 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydası”nın 5-ci hissəsində düzəlişlər edilib.
Belə ki, 5.1.8-ci yarımbənddə “faizi” sözü “dərəcəsi” sözü ilə əvəz olunub, 5.1.9-cu yarımbənd isə ləğv edilib.