BAKI, 24 aprel. TELEQRAF

Azərbaycan Respublikasının Nazirlər Kabineti müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak üçün ödəniş məbləğini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Ümumi təhsil haqqında” qanunun tələblərinə uyğun olaraq, müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək üçün ödənişin məbləği 60 manat müəyyən edilib.