BAKI, 24 aprel. TELEQRAF

Aprelin 24-ü saat 16:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Naftalanda 28, Goranboyda 27, Tərtər, Bərdədə 22, Mingəçevir, Gəncə, Ağstafada 20, Lerikdə 19, Ağdamda 18, Yardımlı, Şəki, Xızıda 15 m/s-dək güclənir.