BAKI, 24 aprel. TELEQRAF
Yaponiya hökuməti Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənlik səbəbindən 1 may tarixindən neft ehtiyatlarını bazara çıxaracaq.
Teleqraf xəbər verir ki, bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla 5,8 milyon kilolitr həcmində, ümumi dəyəri 3,4 milyard dollar olan neft bazara çıxarılacaq.
Xatırladaq ki, Yaponiya martda Yaxın Şərqdə artan gərginlik səbəbindən ehtiyatlarından 50 günlük nefti bazara çıxarmışdı.