BAKI, 10 avqust. TELEQRAF

İngiltərənin “Çelsi” klubunun futbolçusu Trevo Çaloba zədələnib.

Teleqraf xəbər verir ki, 26 yaşlı müdafiəçi “Milan”la keçirilən yoxlama oyununda topuq nahiyəsindən xəsarət alıb.

İngilis futbolçu 56-cı dəqiqədə Coş Açimponqla əvəzlənib.

Bundan əvvəl London təmsilçisinin digər müdafiəçisi Levi Kolvillin dizinin çarpaz bağları qopduğu üçün uzun müddət meydanlardan kənarda qalacağı açıqlanmışdı.

Qeyd edək ki, matç “Çelsi”nin 4:1 hssablı qələbəsi ilə yekunlaşıb. Çaloba ötən mövsüm bütün turnirlərdə “Çelsi”nin heyətində 38 oyunda iştirak edib, 3 qol vurub və 2 qol ötürməsi ilə yadda qalıb.