BAKI, 24 iyul. TELEQRAF

Moldovada "Petrokub" və "Sabah" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu başa çatıb.

Teleqraf xəbər verir ki, Kişineudakı "Zimbru" stadionunda təşkil olunmuş qarşılaşma "Sabah"ın qələbəsi ilə yekunlaşıb - 2:0.

Hesabı 82-ci dəqiqədə kapitan Pavol Şafranko açıb. 90+1-ci dəqiqədə isə Kahim Parris yekun nəticəni müəyyənləşdirib.

Cavab görüşü iyulun 31-də Əlincə stadionunda ("Bank Respublika Arena") keçiriləcək. Matç saat 20:00-da başlanacaq.

*** 22:50

Moldovada "Petrokub" və "Sabah" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci qol vurulub.

Teleqraf xəbər verir ki, 90+1-ci dəqiqədə "Sabah"ın futbolçusu Kahim Parris meydan sahiblərini məyus edib - 2:0.

*** 22:42

Moldovada "Petrokub" və "Sabah" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

Teleqraf xəbər verir ki, 82-ci dəqiqədə "Sabah"ın kapitanı Pavol Şafranko hesabı açıb.

Hazırda Azərbaycan klubu öndədir - 1:0.

*** 22:05

Moldovada "Petrokub" və "Sabah" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

Teleqraf xəbər verir ki, ilk yarıdan sonra hesab bərabərdir - 0:0.

** 21:49

"Sabah" və Moldovanın "Petrokub" komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

Teleqraf xəbər verir ki, komandalar fasiləyə 0:0 hesablı heç-heçə ilə çıxıblar.

*** 21:00

"Sabah" və Moldovanın "Petrokub" komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu start götürüb.

Teleqraf xəbər verir ki, görüş Kişineudakı "Zimbru" stadionunda keçirilir.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, ilk oyun

21:00. "Petrokub" (Rumıniya) - "Sabah" (Azərbaycan) - 0:2

Qol: Pavol Şafranko, 82. Kahim Parris, 90+1

Hakimlər: Qal Leyboviç, Omer Barbiro, Yossi Babayoff, Dekel Zino (hamısı İsrail)

Kişineu, "Zimbru" stadionu