BAKI, 21 iyul. TELEQRAF
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, turnirdə iştirak edən Azərbaycanın "Zirə", "Sabah" və "Araz-Naxçıvan" klublarının potensial rəqibləri müəyyənləşib.
"Zirə" II təsnifat mərhələsində iki oyunun yekununda Xorvatiyanın "Hayduk" komandasını yenəcəyi təqdirdə "Atletik Eskaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) cütünün qalibi ilə, "Araz-Naxçıvan" Yunanıstan "Aris"ini üstələyəcəyi halda. "Omoniya" (Kipr) - "Torpedo Kutaisi" (Gürcüstan) cütünün qalibi ilə, "Sabah" Moldova "Petrokub"unu keçərsə, "Levski" (Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün məğlubu ilə üz-üzə gələcək.
Oyunlar avqustun 7-də və 14-də olacaq.