BAKI, 12 iyul. TELEQRAF

Futbol üzrə Rusiya Superkuboku uğrunda oyun keçirilib.

Teleqraf xəbər verir ki, Kazanda baş tutan qarşılaşmada Moskvanın MOİK klubu “Krasnodar”ı 1:0 hesabı ilə məğlub edib.

Oyunun taleyini həll edən qolu 48-ci dəqiqədə müdafiəçisi İqor Diveyev vurub.

MOİK tarixində 8-ci dəfə bu kuboku qazanıb. Superkuboku ən şox “Zenit” (9 dəfə) əldə edib.

“Krasnodar” tarixində ikinci dəfə Superkubok matçına çıxıb. Komnada ötən il Sankt-Peterburq “Zenit”inə 2:4 hesabı ilə uduzub.

Qeyd edək ki, son Rusiya çempionatının qalibi olan “Krasnodar”ı Bakının “Sabah” klubunun sabiq baş məşqçisi Murad Musayev çalışdırır.