BAKI. 17 iyun. TELEQRAF

"Sabah" klubu müqavilə müddəti başa çatmış futbolçusu Con İrasabal ilə yollarını ayırıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi 2022-ci ildən çıxış etdiyi komanda ilə vidalaşıb.

29 yaşlı legioner “Sabah”ın heyətində 98 oyunda meydana çıxıb, 6 qola imza atıb, Azərbaycan Kubokunu, Premyer Liqada isə gümüş və bürünc medalları qazanıb.