BAKI, 27 may. TELEQRAF
Azərbaycan milli komandasının futbolçusu Ozan Can Kökçü Niderlandın “Volendam” klubuna keçib.
Teleqraf xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
“Volendam” növbəti mövsüm Niderland Eredivizisində mübarizə aparacaq.
Qeyd edək ki, Ozan Can Kökçü son olaraq Finlandiyanın HİK klubunda çıxış edib.