BAKI, 20 may. TELEQRAF
Macarıstan yığmasının İsveç və Azərbaycan milli komandalarına qarşı keçirəcəyi yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb.
Teleqraf xəbər verir ki, baş məşqçi Marko Rossi heyətə 25 futbolçu cəlb edib.
Onların arasında martın 23-də Türkiyə yığmasına qarşı UEFA Millətlər Liqasının keçid pley-off matçında Arda Gülərlə qalmaqal yaşayan Dominik Soboslai də var. Həmin vaxt oyunun gedişində iki futbolçu arasında mübahisə düşüb. Sonradan Arda qol vuraraq, rəqib komandanın kapitanı Soboslaiyə "sus" işarəsi göstərib.

Macarıstan yığmasının heyəti:
Qapıçılar: Deneş Dibuş (“Ferensvaroş”), Peter Sappanoş (“Paksi”), Balaj Tot (“Blekbern”, İngiltərə);
Müdafiəçilər: Botond Baloq (“Parma”, İtaliya), Marton Dardai (“Herta”, Almaniya), Attila Moçi (“Rizəspor”, Türkiyə), Villi Orban (“Leypsiq”, Almaniya), Qabor Salai (“Ferensvaroş”);
Yarımmüdafiəçilər: Bendequz Bolla (“Rapid”, Avstriya), Aron Çonqvai (AIK, İsveç), Bense Dardai (“Volfsburq”, Almaniya), Miloş Kerkez (“Bornmut”, İngiltərə), Jolt Naqi (“Puşkaş Akademiyası”), Loik Neqo (“Havr”, Fransa), Tamaş Nikitşer (“Valyadolid”, İspaniya), Attila Osvat (“Paksi”), Andras Şefer (“Union Berlin”, Almaniya), Kallum Staylz (“Vest Bromviç”, İngiltərə), Aleks Tot (“Ferensvaroş”), Milan Vitaliş (ETO Qyor);
Hücumçular: Kevin Çobot (“Santk-Qallen”, İsveçrə), Daniel Qazdaq (“Kolambus Kryu”, ABŞ), Roland Sallai (“Qalatasaray”, Türkiyə), Dominik Soboslai (“Liverpul”, İngiltərə), Barnabas Varqa (“Ferensvaroş”).
Qeyd edək ki, iyunun 10-da “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan – Macarıstan oyunu saat 20:00-da başlayacaq.