BAKI, 19 may. TELEQRAF

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinə çağırılıb.

Teleqraf xəbər verir ki, 31 yaşlı qolkiper yığma komandanın iyunda keçirəcəyi iki oyuna dəvət alıb.

Moldova seçməsi iyunun 6-da Polşa ilə yoldaşlıq oyunu keçiriəcək. İyunun 9-da isə Avramın komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsində İtaliya yığması ilə üz-üzə gələcək.

Hər iki oyun səfərdə təşkil olunacaq.

Qeyd edək ki, Moldova 2026-cı il dünya çempionatının seçmə mərhələsinin I qrupunda İtaliya, Norveç, İsrail və Estoniya ilə mübarizə aparır.

Kristian Avram millinin heyətində indiyədək 11 oyuna çıxıb.