BAKI, 19 may. TELEQRAF
Niderlandın "Ayaks" klubunun baş məşqçisi Françesko Farioli komandanı tərk etməyi qərara alıb.
Teleqraf xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.
36 yaşlı italiyalı mütəxəssis qərarını klubun idarə heyətinə çatdırıb.
O, 2024-cü ilin yayında 3 illik müqavilə imzalayaraq komandanın sükanı arxasına keçmişdi.
Mövsümün bitməsinə 5 tur qalmış PSV-dən 9 xal öndə olduğu halda, "Ayaks" sonda ikinci yeri tutub.
Qeyd edək ki, Françesko Farioli daha əvvəl Türkiyədə "Fatih Karagümrük"lə "Alanyaspor"un, Fransada isə "Nitsa"nın baş məşqçisi olub.