
BAKI, 18 may. TELEQRAF
PSJ-nin hücumçusu Usman Dembele 2024/2025 mövsümündə Fransa çempionatının bombardiri olub.
Teleqraf xəbər verir ki, hücumçu 21 qol vurub, onlardan biri penaltidən olub.
Dembele, əlavə göstəricilərdə "Marsel"in hücumçusu Meyson Qrinvudu (21 qol, 7-si penalti) ötüb .
Onu da qeyd etmək lazımdır ki, Dembele Fransa çempionatında 29 oyunda 21 qol vurub, Qrinvuda isə bunun üçün 34 matç lazım olub.
Liqa 1-də bombardirlər siyahısında üçüncü yeri 17 qol vuran “Renn” komandasının hücumçusu Arnaud Kalimuendo tutub.