ŞAMAXI. 17 may. TELEQRAF
"Araz-Naxçıvan" klubunun futbolçusu Felipe Santos səfərdə "Şamaxı"ya qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XXXV tur matçında zədələnib.
Teleqraf xəbər verir ki, braziliyalı hücumçu 61-ci dəqiqədə əzələsini dartıb.
Oyunu davam etdirə bilməyən Santosu Karlos Jatoba əvəzləyib.
Qeyd edək ki, Felipe Santos oyunda vurulan yeganə qolun müəllifidir. O, hazırda 10 qolla "Araz-Naxçıvan"ın ən yaxşı bombardiridir.