BAKI, 16 may. TELEQRAF
“Barselona” XXI əsrdə İspaniya çempionluğunu hamıdan çox qazanıb.
Teleqraf xəbər verir ki, Hansi Flikin yetirmələri dünən 36-cı turda “Espanyol” üzərində 2:0 hesablı qələbə qazanaraq, birinciliyi təmin ediblər.
“Barsa” tarixində 28-ci, bu əsrdə isə 12-ci dəfə La Liqanın qalibi olub. “Real Madrid”in əsrin əvvəlindən bəri 9 çempionluğu var.
“Böyük beşlik” çempionatlarında yalnız “Bavariya” 21-ci əsrdə “Barselona” dan daha çox titul qazanıb. Münhen klubu əsrin əvvəlindən indiyə kimi 18 dəfə Bundesliqada çempionluq sevinci yaşayıb.