BAKI. 2 may. TELEQRAF

Cənubi Azərbaycanın "Traktor" klubu tarixində ilk dəfə İran çempionu olub.

Teleqraf xəbər verir ki, Təbriz komandası bu nailiyyəti İran Pro Liqasının XXVIII turunda əldə edib.

"Traktor" səfərdə "Şəms Azər Qəzvin"i 4:0 hesabı ilə məğlubiyyətə uğradıb. Paralel qarşılaşmada isə "Sepahan" öz meydanında "Gol Gohar"a yenilib - 1:2.

Nəticədə Təbriz kollektivi xalını 64-ə çatdırıb və sona 2 tur qalmış ən yaxın izləyicisi olan İsfahan təmsilçisini 8 xal geridə qoyub.

Qeyd edək ki, 1970-ci ildə təsis olunmuş "Traktor" indiyədək iki dəfə İran Kubokunu qazanıb.