SUQOVUŞAN, 30 aprel. TELEQRAF
“Çalışırıq ki, turnirləri təkcə Bakıda deyil, müxtəlif bölgələrimizdə də təşkil edək”.
Teleqraf xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, uşaq futboluna dəstək olmağa çalışdıqlarını bildirib: “Ulduz Futbol Akademiyası nazirliyin balansındadır. Müxtəlif beynəlxalq yarışlar da keçiririk. Növbəti yarış avqustun sonlarında Qubada olacaq”.