BAKI, 30 aprel. TELEQRAF

Braziliyanın “Atletiko Mineyro” klubunda çıxış edən Halk karyerası ərzində vurduğu qolların sayına görə “Santos”un futbolçusu Neymarı geridə qoyub.

Teleqraf xəbər verir ki, 39 yaşlı hücumçu son olaraq, aprelin 29-da, Braziliya Kubokunun 1/16 final mərhələsinin “Malinqa” ilə oyununda (2:2) fərqlənib.

Bu qol onun karyerasında 443-cü olub.

Halk hazırda dünyanın ən aktiv bombardirləri siyahısında 9-cu yerə yüksəlib. Neymarın hesabında isə 442 qol var.

Siyahıya 934 qolla Kriştianu Ronaldu başçılıq edir.

Dünyanın ən yaxşı aktiv bombardirləri reytinqi:

1. Kriştianu Ronaldu – 934 qol

2. Lionel Messi – 858 qol

3. Robert Levandovski – 710 qol

4. Luis Suares – 587 qol

5. Kərim Benzema – 494 qol

6. Edinson Kavani – 462 qol

7. Harri Keyn – 447 qol

8. Edin Dzeko – 446 qol

9. Halk – 443 qol

10. Neymar – 442 qol.