BAKI, 30 aprel. TELEQRAF
“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Braziliya yığmasndan gələn təklifi qəbul etməyib.
Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.
Məlumata görə, italiyalı mütəxəssis adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubundan gələn cəlbedici təklifi nəzərdən keçirir.
Qeyd olunur ki, Ançelotti klublararası dünya çempionatından sonra “Real”ı tərk edəcək.