BAKI, 30 aprel. TELEQRAF

“Barselona” İngiltərənin “Mançester Yunayted” klubunun 27 yaşlı yarımmüdafiəçisi Markus Reşfordla yaxından maraqlanır.

Teleqraf İspaniya mətbuatına istinadən xəbər verir ki, futbolçu özü də Kataloniya klubuna keçmək istəyir.

Məlumata görə, “qırmızı şeytanlar” ingilis futbolçuya 47 milyon avro transfer qiyməti qoyub.

“Barsa”nın isə bu məbləği ödəməyə razı olmadığı bildirilir. Reşfordun İspaniya klubuna keçmək üçün maaşını əhəmiyyətli dərəcədə azaltmağa hazır olduğu da vurğulanır.