BAKI, 28 aprel. TELEQRAF

“Oyun çox yaxşı keçdi. Ardıcıl dördüncü mövsümdür, qızıl medala sahib çıxırıq".

Bunu "Qarabağ"ın futbolçusu Patrik Andrade səfərdə "Sabah" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXII tur matçından sonra Teleqraf-a açıqlamasında deyib.

Kabo-verdeli yarımmüdafiəçisi eyni komandaya qarşı Azərbaycan Kubokunun final matçına köklənəcəyini bildirib: "Biz daha yaxşı oynamaq üçün çalışacağıq. Çempion olmaq çox önəmli idi. Ona görə də hamı xoşbəxtdir. İndi finala hazırlaşacağıq. Çox vaxtımız yoxdur".

Qeyd edək ki, final matçı mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.